"Tramp marşrutu" məsələsi (Zəngəzur dəhlizi-red.) Rusiya-Ermənistan yüksək səviyyəli dialoqunda qaldırılır.
Modern.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan” radiosunun efirində bildirib.
O, həmçinin vurğulayıb ki, müxtəlif siyasi səviyyələrdə səsləndirilən Moskvanın fundamental mövqeyi regionda real sülhə, vəziyyətin sabitləşməsinə aparan istənilən addımı dəstəkləməkdir.
Kopırkin vurğulayıb ki, Rusiya "Tramp marşrutu" ilə bağlı əməliyyat detalları və mexanizmləri barədə daha konkret məlumat gözləyir.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. Ermənistan ABŞ-a Zəngəzur dəhlizi marşrutunu inkişaf etdirmək üçün 99 ilə qədər eksklüziv uzunmüddətli hüquqlar verəcək və bu hüquqlar vasitəsilə Azərbaycan Naxçıvanla quru əlaqəsi qurmağa ümid edir. Amerika tərəfi torpağı infrastruktur və idarəetmədən məsul olan konsorsiuma icarəyə verməyi planlaşdırır. İki ölkənin xarici işlər nazirləri həmçinin ATƏT-in Minsk Qrupunun və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciət imzalayıblar. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri gələcək sülh müqaviləsinin mətnini paraflayıb və daha sonra dərc ediblər.