Modern.az

Ərdoğan Trampla Putini Türkiyəyə çağırdı

Ərdoğan Trampla Putini Türkiyəyə çağırdı

Dünya

24 Oktyabr 2025, 12:38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiya və ABŞ arasında zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Modern.az xəbər verir ki, Ərdoğan bunu Fars körfəzi ölkələrinə səfərindən qayıdarkən jurnalistlərə Rusiya və ABŞ liderləri arasında danışıqların perspektivləri və Ukrayna ilə bağlı İstanbul danışıqlarının gələcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

"Ukrayna münqişəsinin sülh yolu ilə həllində Türkiyənin və ya İstanbulun əhəmiyyəti bir daha aydın oldu. Biz istənilən vaxt Ukrayna ilə bağlı danışıqlar təşkil etməyə hazırıq. Budapeştdəki görüşün baş tutmaması təəssüf doğurur. Biz inanırıq ki, istənilən dialoq bu müharibənin sona çatmasına töhfə verəcək. Əvvəldən biz bunun üçün çalışmışıq və ədalətli sülhün mümkünlüyünü bəyan etmişik. Hər iki tərəflə yaxşı münasibətlərimiz var və biz hər ikisinin etimadını qazanmış bir ölkəyik. Bu, bizə sülh yolunda üstünlük verir və bu vəziyyətdən bəşəriyyətin rifahı üçün istifadə etməkdə qərarlıyıq".

Əvvəllər Türkiyə prezidenti dəfələrlə Ukrayna ilə bağlı danışıqlar üçün Ankara və İstanbulu məkan kimi təklif edib. 2022-ci ilin yazında Rusiya-Ukrayna danışıqlarının ilk raundlarından biri məhz burada baş tutdu. Sonrakı illərdə Türkiyə vasitəçilik rolunu qoruyub saxladı, xüsusən də BMT-nin iştirakı ilə Moskva ilə Kiyev arasında taxıl müqaviləsinin bağlanmasına kömək etdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?