Modern.az

Orban Avropa Birliyinə meydan oxudu

Orban Avropa Birliyinə meydan oxudu

Dünya

24 Oktyabr 2025, 13:22

Macarıstan Avropa Birliyinin Rusiyadan neft və qaz tədarükünə qoyduğu qadağanı aşmaq üçün yollar axtarmaq niyyətindədir və buna qarşı çıxmağa davam edəcək.

Modern.az xəbər verir ki, bu barədə Baş nazir Viktor Orban bildirib.

"Bəzi Rusiya neft şirkətlərinə qarşı sanksiyaların olduğu doğrudur... Biz bu sanksiyaları aşmaq üçün çalışırıq", - Orban Kossuth radiosunun səhər proqramında bildirib.

Onun sözlərinə görə, məsələni neft emalı zavodlarında Rusiya neftindən istifadə edən Macarıstanın MOL şirkətinin rəhbərliyi ilə müzakirə edib.

Orban mübarizənin davam etdiyinə və "döyüşün hələ uduzmadığına" əminlik verərək, bunun "ciddi manevrlər" tələb edəcəyini qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?