Modern.az

Türkiyə XİN-də “FETÖ yuvası” ifşa olundu: “imam” Almaniyaya qaçdı

Türkiyə XİN-də “FETÖ yuvası” ifşa olundu: “imam” Almaniyaya qaçdı

Dünya

24 Oktyabr 2025, 15:16

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Xarici İşlər Nazirliyində (XİN) FETO terror təşkilatına bağlı şəbəkəni aşkarlayıb.

Məlumata görə, qurumda aparılan genişmiqyaslı əməliyyat nəticəsində uzun illər əvvəl saxtalaşdırılmış imtahan nəticələri əsasında nazirliyə qəbul edilmiş bir qrup FETO üzvü ifşa edilib.

Modern.az xəbər verir ki, türkiyəli jurnalist Nedim Şenerin məlumatına görə, əməliyyat 2025-ci ilin iyul-oktyabr ayları arasında MİT və XİN-in birgə koordinasiyası ilə həyata keçirilib. Əməliyyat nəticəsində bir sıra yüksək vəzifəli məmurlar saxlanılıb.

Türkiyə mediasının məlumatına əsasən, istintaq 58 nəfəri əhatə edib, onlardan 21-i əməliyyat vaxtı hələ də XİN-də işləyirdi. Tutulanlar arasında Almaniyanın Münster şəhərindəki sabiq baş konsul Arif Hakan Yetər, XİN-in keçmiş baş direktor müavini Burak Karartı və Tel-Əvivdə Türkiyənin müvəqqəti işlər vəkili vəzifəsində çalışmış Gürçay Şeker də var.

MİT-in əməliyyatı dörd mərhələdə keçirilib:

8 iyul 2025 -  25 nəfər barəsində həbs qərarı çıxarılıb, onlardan 7-si aktiv XİN əməkdaşı olub.

16 iyul - daha 8 nəfər saxlanılıb, onların 2-si nazirlikdə çalışıb.

19 sentyabr - 16 nəfər həbs olunub, 6-sı vəzifədə olan əməkdaş olub.

26 sentyabr - əməliyyatın dördüncü mərhələsində daha 15 nəfər tutulub.

Ümumilikdə 58 nəfər saxlanılıb, onlardan 31-i istintaqla əməkdaşlığa razılıq verib. Onların ifadələri nəticəsində FETÖ ilə əlaqəli daha 535 nəfərin kimliyi müəyyənləşdirilib. Bu şəxslərdən 70 nəfərin dövlət orqanlarında çalışdığı bildirilir və onlar barəsində ayrıca araşdırma başladılıb.

İstintaqa görə, XİN daxilindəki gizli şəbəkənin təşkilatçısı “FETÖ-nün Almaniya imamı” kimi tanınan Ömər Ərfidan olub. O, vaxtilə Türkiyə Xarici İşlər Nazirliyində işləyib və təşkilatın “XİN imamı” rolunu yerinə yetirib. Daha sonra Almaniyaya qaçan Ərfidan barəsində Türkiyədə cinayət işi açılıb və beynəlxalq axtarış elan edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?