Rusiya Prezidentinin xüsusi elçisi Kirill Dmitriyev ABŞ Prezidenti Donald Trampın sanksiyalar elan etməsindən iki gün sonra rəsmi danışıqlar üçün ABŞ-a gedib.
Modern.az xəbər verir ki, bu barədə CNN-in məlumatında bildirlib.
Mənbənin məlumatına görə, Kremlin xüsusi elçisi olan Dmitriyevin Tramp administrasiyasının rəsmiləri ilə görüşəcəyi gözlənilir.
CNN-in məlumatına görə, bu səfər ABŞ-ın Kremlin Ukraynadakı müharibəni bitirməkdən imtina etməsindən və Trampın bir həftə əvvəl Vladimir Putinlə Budapeştdə gözlənilən sammiti ləğv etməsindən sonra artan narazılığı fonunda baş tutub.
Dmitriyev bu yaxınlarda Alyaska ilə Rusiyanın Uzaq Şərqi arasında "Tramp-Putin" tunelinin tikintisini təklif edib.
Sovet dövründə Ukraynada anadan olmuş, Harvard və Stanford universitetlərində təhsil almış Dmitriyev Amerika konsaltinq firması McKinsey-də məsləhətçi və Goldman Sachs-da investisiya bankiri kimi çalışıb. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra o, ABŞ sanksiyaları altına düşüb. ABŞ Maliyyə Nazirliyi daha sonra onu "Putinin yaxın adamı" və ailəsi kimi təsvir edib.
Bir mənbə aprel ayında CNN-ə bildirib ki, ABŞ hakimiyyəti Dmitriyevə qarşı sanksiyaları müvəqqəti olaraq ləğv edib ki, ABŞ Dövlət Departamenti ona ölkəyə daxil olmaq üçün viza verə bilsin.