Modern.az

İmamoğluya bu işdə bəraət verildi

İmamoğluya bu işdə bəraət verildi

Dünya

24 Oktyabr 2025, 17:30

İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu haqqında “tender saxtakarlığı” ittihamı üzrə məhkəmədə bəraət alıb.

Modern.az xəbər verir ki, İmamoğlu Beylikdüzü bələdiyyə başçısı olduğu dövrlə əlaqədar açılmış cinayət işi çərçivəsində bu gün hakim qarşısına çıxıb.

Məhkəmənin qərarına əsasən, İmamoğluna “tender saxtakarlığı” ittihamı üzrə bəraət verilib.

Qeyd edək ki, İmamoğluna qarşı irəli sürülən digər ittihamlarla bağlı məhkəmə prosesləri davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?