Modern.az

Zelenski Starmerlə görüşdü

Zelenski Starmerlə görüşdü

Dünya

24 Oktyabr 2025, 19:43

Bu gün Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə Dauninq Stritdə ikitərəfli görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüş zamanı K. Starmer Ukraynaya qarşı Rusiya hücumlarının qarşısını almaq istiqamətində mütləq öhdəlik daşıdıqlarını bildirib. O, Zelenskinin qətiyyəti və cəsarətini yüksək qiymətləndirib, lakin qeyd edib ki, Putin danışıqlara başlamaq istəmir.

 

K. Starmer əlavə edib ki, bu həftə Rusiyanın neft və qaz sektoruna qarşı təzyiqlərin artırılması mümkündür və artıq böyük irəliləyişlər əldə olunub. Britaniya hökumət başçısı bildirib ki, Böyük Britaniya Ukraynanın ən yaxın müttəfiqi və tərəfdaşıdır. O əlavə edib ki, xüsusilə uzaqmənzilli silahlar və təhlükəsizlik təminatları sahəsində hələ görüləcək işlər qalır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?