Modern.az

Ruslan Süleymanov “qara siyahı”ya salındı

Ruslan Süleymanov “qara siyahı”ya salındı

Dünya

24 Oktyabr 2025, 20:29

Rusiya Ədliyyə Nazirliyi azərbaycanlı şərqşünas Ruslan Süleymanovu “xarici agentlər” siyahısına daxil edib.

Modern.az xəbər verir ki, bu barədə məlumat “Kommersant” nəşrində yer alıb.

Nazirliyin açıqlamasına görə, siyahıya əlavə edilən şəxslər və layihələr “Rusiya hakimiyyətinin qərarları barədə yalan məlumatlar yayıb, Ukraynada aparılan hərbi əməliyyatlara qarşı çıxıb və Rusiya ordusunun mənfi obrazını formalaşdırıblar”.

Bu dəfə “xarici agent” statusu alanlar arasında həmçinin jurnalist İrina Novik (Kuzmiçeva), bloqerlər Dmitri Çernișevski (“Savromat”) və Nino Rosebaşvili, eləcə də “Sərditya Çuvaşiya” və “Ust-Kut24” adlı regional media layihələri var.

Ruslan Süleymanov İrkutskda azərbaycanlı ailədə anadan olub. O, Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsini bitirib, Yaxın Şərq üzrə ekspert kimi tanınır. 2017–2022-ci illərdə TASS agentliyində, o cümlədən Qahirədə baş müxbir kimi çalışıb.

Ukrayna müharibəsinin başlanmasından sonra Süleymanov Rusiyanı tərk edib və hazırda Bakıda yaşayır. O, The Washington Post, CNN və digər beynəlxalq media orqanları üçün Yaxın Şərq hadisələrini şərh edir, həmçinin öz “Telegram” kanalında analitik paylaşımlar edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?