Modern.az

Fidanın müavini Suriyaya səfir təyin edildi

Fidanın müavini Suriyaya səfir təyin edildi

Dünya

24 Oktyabr 2025, 20:36

Türkiyə xarici işlər naziri Hakan Fidanın müavini Nuh Yılmaz Suriyaya səfir təyin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi diplomatik mənbələrə istinadən məlumat verib.

 

Qeyd olunub ki, Hakan Fidan ölkənin xarici nümayəndəliklərində və səfirliklərində xidmət edəcək şəxslərin yeni vəzifələrini açıqlayıb və müavini Nuh Yılmazın Dəməşqdə diplomatik fəaliyyətini davam etdirəcəyini bildirib.

 

Nuh Yılmaz Hakan Fidan ilə birlikdə 2013-2023-cü illərdə Milli Kəşfiyyat Təşkilatında (MKT) mətbuat müşaviri vəzifəsində çalışıb.

 

Türkiyənin Suriyadakı hazırkı səfiri Burhan Köroğlunun yeni vəzifəsi ilə bağlı isə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?