Modern.az

Putinin pulu, ideyası və əsgərləri tükənir...

Putinin pulu, ideyası və əsgərləri tükənir...

Dünya

24 Oktyabr 2025, 22:28

NATO-nun baş katibi Mark Rutte Rusiyaya qarşı təzyiqlərin artırılmasının zəruriliyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, Ukrayna ilə bağlı “İstəkli ölkələr koalisiyası”nın toplantısından sonra keçirilən mətbuat konfransında danışıb.

Ruttein sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynada “yalnız məhdud nəticələr” əldə edir, lakin bunun müqabilində insan itkisi və iqtisadi zərər çox böyükdür.

“Putinin pulu, ideyası və əsgərləri tükənir. Prezident Donald Tramp çox düzgün qeyd etdi, ruslar olduğu yerdə dayanmalıdırlar. İndi Rusiyaya təzyiqi artırmağın və Ukrayna üçün ədalətli sülhün təmin edilməsinin vaxtıdır,” – deyə NATO baş katibi vurğulayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibənin başlanmasından bəri Rusiya ordusu 1 milyon 135 minə yaxın hərbçi itirib.

Rutte həmçinin qeyd edib ki, Ukrayna ordusu cəsarətlə müqavimət göstərir və Qərbin dəstəyi hələ də güclü şəkildə davam edir.

Sizə yeni x var
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?