Kanadanın Baş naziri Mark Karni Ottavada Böyük Kilikiya Evinin Katolikosu I Aramla görüş keçirib.
Modern.az Erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə bir sıra siyasi məsələlər, o cümlədən Ermənistanın suverenliyi, Qarabağdan gedən ermənilərin "geri qayıtması", “artsaxda erməni mədəni irsinin qorunması” və “Bakıda saxlanılan ermənilərin azad edilməsi” kimi mövzular təxribatçı müzakirə olunub.
Kanada hökumətinin bu mövzulara diqqət ayırması rəsmi Ottavanın son illərdəki siyasətinin davamı kimi qiymətləndirilir. 44 günlük müharibə dövründə Kanada ermənipərəst mövqeyi ilə seçilmiş, Türkiyəyə “Bayraktar” PUA-larında istifadə olunan bəzi texnoloji komponentlərin ixracını qadağan etmişdi.
Bundan başqa, müxtəlif dövrlərdə Kanada parlamentində Azərbaycana qarşı sənədlər və təşəbbüslər irəli sürülüb. Bu ölkə həmçinin Avropa İttifaqının Ermənistan sərhədlərində yerləşdirdiyi müşahidə missiyasına dəstək verib.
Mark Karninin Katolikosla görüşdə “artsax” və “erməni əsirləri” məsələsini gündəmə gətirməsi təxtibatçı hərəkət hesab edilir. Çünki Qarabağdan könüllü şəkildə gedən ermənilərin geri dönüşü məsələsi artıq Ermənistanın öz rəhbərliyi tərəfindən bağlanmış hesab olunur.
Qeyd edək ki, Kanadanın xarici işlər naziri Melani Coli dəfələrlə Azərbaycana qarşı sərt bəyanatlarla çıxış edib, Bakıdan Qarabağdan gedən ermənilərin “geri qayıtması üçün şərait yaradılmasını” tələb etmişdi. Bir neçə il əvvəl isə Kanada Senatında keçmiş qondarma “Dağlıq Qarabağ rejimi”nin tanınması təşəbbüsü irəli sürülsə də, sonradan bu layihə rədd edilmişdi.