Modern.az

Orada hər həftə təxminən 7 min nəfər həlak olur - FACİƏ

Orada hər həftə təxminən 7 min nəfər həlak olur - FACİƏ

Dünya

25 Oktyabr 2025, 11:30

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə yaxın günlərdə keçiriləcək görüşdə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması məsələsini müzakirə edəcəyini bildirib.

Modern.az-ın məlumatına görə, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp qeyd edib ki, Pekinin Moskvanın mövqeyinə təsir göstərməsi vacib ola bilər.

“Mən çox istərdim ki, Çin bizə Rusiya ilə bağlı məsələdə kömək etsin. Biz Rusiyaya qarşı çox ciddi sanksiyalar tətbiq etmişik. Güclü sanksiyalardır, amma istəyirəm ki, Çin də bu məsələdə bizə yardım göstərsin. Mənim Si Cinpinlə münasibətlərim yaxşıdır. Yaxın zamanda görüşəcəyik və bir neçə yaxşı razılaşma əldə edəcəyimizi düşünürəm. Müzakirə olunacaq əsas məsələlərdən biri də Rusiya-Ukrayna münasibətləridir”, * o qeyd edib.

ABŞ lideri əlavə edib ki, müharibədə hər həftə təxminən 7 min nəfər həlak olur və bu faciənin dayandırılması mövzusu danışıqların əsas gündəmində olacaq.

“Si Cinpin də istəyir ki, bu müharibə bitsin”, – deyə Tramp vurğulayıb.

Ondan, həmçinin ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının çox sərt olması və bunun Vladimir Putini “küncə sıxışdırıb-sıxışdırmadığı” soruşulub. Tramp cavabında bildirib: “Xeyr, belə düşünmürəm. Görək nə baş verir. Məncə, o da müharibənin sonunu istəyir”.

Ağ Evin məlumatına görə, Tramp və Si Cinpin arasında görüş 30 oktyabrda keçiriləcək və bu danışıqlar Vaşinqton-Pekin münasibətləri ilə yanaşı, Ukrayna böhranı baxımından da əhəmiyyətli olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı