Modern.az

“Tayfun” hədəfini dəqiqliklə məhv etdi - ANBAAN GÖRÜNTÜLƏR

“Tayfun” hədəfini dəqiqliklə məhv etdi - ANBAAN GÖRÜNTÜLƏR

Dünya

25 Oktyabr 2025, 11:59

Türkiyənin milli müdafiə sənayesində daha bir uğurlu sınaq həyata keçirilib.

Modern.az xəbər verir ki, "Roketsan" tərəfindən yerli imkanlarla hazırlanmış "Tayfun" ballistik raketi növbəti test atışında hədəfini tam dəqiqliklə vurub.

Görüntülərdə raketin qurudan dənizə buraxıldığı və müəyyən edilmiş hədəfi tam isabətlə məhv etdiyi əks olunub.

“Gözəl bir gün, daha bir uğurlu sınaq. Qətiyyətli addımlarla məsafə artır, dəqiqlik mükəmməlləşir”, - Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün bildirib

"Tayfun" Türkiyənin öz imkanları ilə inkişaf etdirdiyi ən uzun mənzilli ballistik raket hesab olunur. Mütəxəssislər bu sınağın Türkiyənin müdafiə texnologiyalarında yeni mərhələ olduğunu bildirirlər.

 

Sizə yeni x var
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı