Modern.az

Uzaq Şərqin ilk xanım liderinin hökumətində TÜRK MƏMUR

Uzaq Şərqin ilk xanım liderinin hökumətində TÜRK MƏMUR

Dünya

25 Oktyabr 2025, 12:29

Yaponiyada baş nazir seçilən Takaiçi Sanae yeni hökumətini formalaşdırıb.

21 oktyabr 2025-ci ildə keçirilən parlament səsverməsində 237 səslə baş nazir seçilən Takaiçi adını ölkə tarixində “ilk qadın hökumət başçısı” kimi yazdırıb.

Modern.az-ın məlumatına görə, yeni kabinetdə diqqət çəkən adlardan biri milliyətcə uyğur türkü olan siyasətçi Arfiya Eri olub.

O, Yaponiyanın xaric işlər nazirinin müavini vəzifəsində yenidən təsdiqlənib. Arfiya Eri sosial şəbəkə hesabında Takaiçi Sanae və xarici işlər naziri Toşimitsu Motegi ilə birgə çalışmaqdan qürur duyduğunu bildirib.

“Yaponiyanın diplomatik imkanlarını və beynəlxalq liderliyini daha da gücləndirmək üçün səmimi şəkildə işləməyə davam edəcəyik”, - deyə o qeyd edib.

Arfiya Eri Yaponiyanın Fukuoka prefekturasında, Kitakyuşu şəhərində, Şərqi Türküstandan köç etmiş uyğur ailəsində doğulub. 11 yaşında Yapon vətəndaşlığı alıb. Atası Yaponiya hökumətinin təqaüdü ilə təhsil alan mühəndis olub.

Eri ABŞ-ın məşhur Corctaun Universitetinin məzunudur, 7 dildə sərbəst danışa bilir və daha əvvəl BMT-də və Yaponiya Mərkəzi Bankında çalışıb. O, hazırda Liberal Demokrat Partiyanın üzvü kimi parlamentin aşağı palatasında Çiba prefekturasının 5-ci dairəsini təmsil edir.

Cəmi 36 yaşında olan Arfiya Eri Yapon parlamentinin ən gənc qadın deputatı sayılır. "Time" jurnalı 2023-cü ildə onu “dünyanın ən təsirli 100 gənc liderindən biri” adlandırıb.

1472359

Elnur Əmirov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı