Modern.az

Yanvarın 15-də müharibə bitəcək! - PROQNOZ

Yanvarın 15-də müharibə bitəcək! - PROQNOZ

Dünya

25 Oktyabr 2025, 15:15

Ukraynanın Dnepr şəhərinin baş ravvini Şmuel Kaminetski Rusiya və Ukrayna arasındakı müharibənin yaxın aylarda başa çatacağını bildirib.

Modern.az xəbər verir ki, o, bu fikri "Inspira" biznes-kluby ilə görüşü zamanı səsləndirib.

Ravvinin sözlərinə görə, müharibə 2026-cı il yanvarın 15-dək bitəcək və bundan sonra Ukraynaya böyük həcmdə investisiya axını başlayacaq.

“Bu, nə dua, nə də arzudur. Mən bunu gələcəyi görən şəxs kimi yox, ABŞ və Avropada bu sahədə anlayışı olan nüfuzlu insanların fikirlərinə əsaslanaraq deyirəm. Rusiya yaxın gələcəkdə Şimali Koreyaya bənzəyəcək, Ukraynanı isə böyük gələcək gözləyir”, - Kaminetski bildirib.

O, həmçinin qeyd edib ki, müharibənin son tarixi hesablanarkən Yeni il bayramı dövrü də nəzərə alınıb: “Yanvarın 15-dən sonra artıq müharibənin sonunu qeyd edəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı