Modern.az

Çinlilər Gürcüstanda uran axtarışına çıxdılar

Çinlilər Gürcüstanda uran axtarışına çıxdılar

Dünya

25 Oktyabr 2025, 16:11

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Tbilisidə 3 Çin vətəndaşı saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə brifinqdə xidmət rəisinin birinci müavini Laşa Maqradze bildirib.

“Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat və xüsusi əməliyyat idarələrinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı Tbilisidə 2 kq uran nüvə materialı almağa cəhd edən 3 Çin vətəndaşı saxlanılıb.

Cinayətkar qruplaşmanın üzvləri Tbilisidə qanunsuz olaraq 400 min dollara uranı almağı və daha sonra Rusiya Federasiyası vasitəsilə Çinə daşımağı planlaşdırırdılar”, - Maqradze bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin qeyd edib ki, Gürcüstanda qeyri-qanuni yaşayan Çin vətəndaşı Çindən daha iki mütəxəssis gətirib və onlar bütün ölkə ərazisində fəal şəkildə uran axtarışına başlayıblar.

Sizə yeni x var
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı