Modern.az

Bomba sığınacağında 1 saat...

Bomba sığınacağında 1 saat...

Dünya

25 Oktyabr 2025, 18:33

Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Kiyev səfəri zamanı Rusiya hücumları səbəbindən bir saatdan çox vaxtı otelin bombasığınacağında keçirməli olub.

Modern.az xəbər verir ki, DW-nin məlumatına görə, hadisə oktyabrın 25-nə keçən gecə baş verib. Nazir və onu müşayiət edən heyət təxminən bir saat Kiyevdə yerləşdikləri otelin yeraltı dayanacağında sığınacaqda qalıblar.

Nazirliyin açıqlamasında bildirilir ki, Almaniya iqtisadiyyat naziri Rayxe və onun nümayəndə heyəti təxminən bir saat bunkerə sığınmaq məcburiyyətində qalıb. Nümayəndə heyətinin bütün üzvləri özlərini yaxşı hiss edir.

“Handelsblatt” nəşrinin yazdığına görə, bombasığınacağı otelin yeraltı parkinqində yerləşir. “Bild” qəzetinin əməkdaşı saat 03:51-də (Kiyev vaxtı ilə) telefonuna hücum siqnalı aldığını, təxminən 05:00 radələrində isə hava həyəcanının dayandırıldığını bildirib.

Hadisədən sonra keçirilən mətbuat konfransında Katerina Rayxe bunu “ağır təcrübə” adlandırıb:

“Bu gecə mənim üçün çox gərgin bir təcrübə oldu. Təəssüf ki, ukraynalılar üçün bu, gündəlik həyatın bir hissəsidir. Rusiya hücumları Ukrayna əhalisini ruhdan salmağa yönəlib”.

Rayxe oktyabrın 24-də Kiyevə səfər edib, Rusiyanın son hücumları nəticəsində ciddi zərər görmüş Ukraynanın enerji sisteminin bərpası üçün görüləcək tədbirləri qiymətləndirmək niyyətində olduğunu qeyd edib. Nazir bildirib ki, Almaniya Ukraynanın bu qışı təhlükəsiz keçirməsi üçün əlindən gələni edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı