Modern.az

PKK Türkiyədən tamamilə ÇIXDI

PKK Türkiyədən tamamilə ÇIXDI

Dünya

26 Oktyabr 2025, 11:50

PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb.

 

Bu barədə Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir.

 

Qeyd olunur ki, PKK rəhbəri Abdulla Öcalanın çağırışı ilə 12-ci toplantıda qəbul edilən qərarlara müvafiq olaraq yeni addım atıb. Bununla da terror təşkilatı bu gün Türkiyədən tamamilə çıxdığını elan edib.

 

***
11:00

 

PKK terror təşkilatı bu gün Türkiyədən tamamilə çıxacağını açıqlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.

 

Bildirilib ki, terror təşkilatı müvafiq qərarı bu gün Türkiyə vaxtı ilə saat 11:00-da İraqın şimalındakı Kandil bölgəsində açıqlayacaq.

 

Beləliklə, PKK-nın lideri Abdulla Öcalanın çağırışı ilə özünü ləğv etmək barədə qərar qəbul edən təşkilatın tərksilah prosesində yeni mərhələ başlanacaq.

 

Qeyd edək ki, oktyabrın 25-də PKK-ya yaxın media orqanın internet səhifəsində təşkilatın yeni bir açıqlama ilə çıxış edəcəyi bildirilib.

 

Xatırladaq ki, daha əvvəl A.Öcalan tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırış edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı