Modern.az

Paşinyan Türkiyə və Azərbaycana bu marşrutu TƏKLİF ETDİ

Paşinyan Türkiyə və Azərbaycana bu marşrutu TƏKLİF ETDİ

Dünya

27 Oktyabr 2025, 10:19

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana yükdaşıma üçün təklif etdiyi mümkün marşrutu açıqlayıb.

O bildirib ki, İrəvan bu gün də tranzit daşımalarını həyata keçirməyə hazırdır.

Paşinyanın sözlərinə görə, hazırda Ermənistandan keçməklə ən real istiqamət Marqara–Yeğeqnadzor–Sisian–Gorus marşrutudur. Modern.az xəbər verir ki, Baş nazir bu barədə parlamentdə keçirilən büdcə müzakirələri zamanı danışıb.

“Əgər Türkiyə və Azərbaycan tərəfləri razılaşarsa, biz bu marşrutu dərhal tranzit üçün açmağa hazırıq. Hazırda bu, Ermənistan tərəfindən reallaşdırıla biləcək yeganə variantdır. Gorus və Kornidzora qədər yollarımız yaxşı vəziyyətdədir, tranziti təmin edə bilərik”, - o qeyd edib.

Xatırladaq ki, Azərbaycan öz ərazisindən Ermənistana yük daşımalarına qoyulan tranzit qadağasını ləğv edib. Bunun nəticəsində Rusiya və Qazaxıstandan Ermənistana göndərilən mallar artıq Azərbaycan ərazisindən tranzit qaydada daşınır.

Sizə yeni x var
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı