Modern.az

Dron hücumu zamanı jurnalist yaralandı

Dron hücumu zamanı jurnalist yaralandı

Dünya

28 Oktyabr 2025, 17:12

Ukraynanın şərqində çəkiliş aparan Almaniyanın “Die Welt” qəzetinin jurnalisti İbrahim Naber Rusiya ordusunun dron hücumu nəticəsində yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə “Die Welt”in müxbiri özünün “Intagram” səhifəsində paylaşım edib.

Naberin verdiyi məlumata görə, hadisə onların hava hücumundan müdafiə bölməsi ilə birlikdə çəkiliş apardığı zaman baş verib. Onun sözlərinə görə, dron yaxınlıqda dayanan hərbi avtomobili hədəf alıb.

Hücum nəticəsində bir ukraynalı hərbçi həlak olub, digəri isə ağır yaralanaraq ayağının amputasiyası ilə nəticələnən xəsarətlər alıb.

Jurnalist İbrahim Naber, onun operatoru Viktor Zaxarenko və prodüseri İvan Lısenko da yaralanıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı