Keniya sahillərində təyyarə qəzası baş verib.
Modern.az xəbər verir ki, BBC News-un məlumatına görə, qəzada 10 avropalı turist və 1 yerli pilotun ölüb.
Keniya Mülki Aviasiya İdarəsinin məlumatına görə, təyyarə məşhur çimərlik kurortu Dianidən dünyaca məşhur Maasai Mara oyun parkındakı uçuş-enmə zolağına doğru hərəkət edərkən qəzaya uğrayıb.
Mombasa Air Safari şirkətinin məlumatına görə, təyyarədə 8 macar, 2 alman turust və 1 keniyalı pilot olub və hamısı qəzada ölüblər
Qəzanın səbəbi ilə bağlı araşdırmanın davam etdiyi, lakin ona pis hava şəraitinin səbəb ola biləcəyi bildirilib.