Modern.az

Qəzzaya güclü zərbələr endirilsin! - Netanyahu əmr verdi

Qəzzaya güclü zərbələr endirilsin! - Netanyahu əmr verdi

Dünya

28 Oktyabr 2025, 21:02

İsrailin Baş naziri Binyamin Netanyahu orduya Qəzza zolağına dərhal və güclü zərbələr endirilməsi barədə əmr verib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı İsrail Baş nazirinin ofisi yayıb.

Bildirilir ki, təhlükəsizlik məsələləri üzrə müşavirələrin başa çatmasından sonra Netanyahu hərbi rəhbərliyə “Qəzzaya dərhal güclü zərbələr endirilməsi” barədə göstəriş verib.

Əmr HƏMAS döyüşçüləri ilə İsrail Müdafiə Qüvvələri arasında baş vermiş atışmadan sonra verilib. "The Times of Israel" yazır ki, HƏMAS yaraqlıları Rəfah şəhərində İsrail əsgərlərinə atəş açıblar. İsrail ordusu qarşı tərəfə atəşlə cavab verib.

Qeyd edək ki, son günlər Qəzza zolağının cənubunda, xüsusən Rəfah istiqamətində vəziyyət yenidən gərginləşib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı