ABŞ kəşfiyyatının agenti Edvin Lopes 2024-cü ilin may ayında Venesuela Hərbi Hava Qüvvələrinin pilotu Bitner Vilyeqası məxfi əməkdaşlığa cəlb etməyə çalışıb.
Modern.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) bir neçə amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Ona Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinin marşrutunu dəyişmək tapşırılıb.
ABŞ xüsusi xidmət orqanları Maduronun təyyarəsinin onun həbs edilə biləcəyi əraziyə enməsini təmin etməyə çalışıblar. Lopes pilota 50 milyon dollar təklif edib. Vilyeqasın əməkdaşlığa cəlb etmə cəhdləri 16 ay davam edib.
ABŞ kəşfiyyatı Venesuela prezidentinin həbsi üçün potensial yerlər kimi Dominika, Puerto-Riko və Kubadakı Quantanamo hərbi bazasını nəzərdən keçirib.