Braziliyianın Rio-de-Janeyro şəhərində “Comando Vermelho” ("Qırmızı Komanda") cinayətkar qrupuna qarşı keçirilən genişmiqyaslı əməliyyat zamanı ən azı 64 nəfər həlak olub, daha 81 nəfər həbs edilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, polis təxminən 100 avtomatik tüfəng ələ keçirib. Bu, ştat tarixindəki ən qanlı əməliyyatdır.
Qubernator Klaudio Kastro əməliyyatın dəqiq bitmə tarixinin olmadığını bildirib. Polisin hərəkətinə cavab olaraq, narkotik qaçaqmalçıları şəhər boyunca əks-hücumlara başlayıb və Rio-de-Janeyro müharibəni xatırladan xaosa sürükləyiblər.
Təxminən 100 həbs qərarının icrası üçün ən azı 2500 təhlükəsizlik qüvvəsi göndərilib. Polis sübh tezdən hadisə yerinə çatanda yaraqlılar cavab atəşi açıb girişləri bağlamağa çalışıb, barrikadaları yandırıblar.
Polisin məlumatına görə, təhlükəsizlik qüvvələrinin hərəkətlərinə cavab olaraq cinayətkarlar partlayıcı qurğular atmaq üçün dronlardan da istifadə ediblər.