Modern.az

Avropa İttifaqı Bakı və İrəvan arasında sülh prosesini dəstəkləyir

Avropa İttifaqı Bakı və İrəvan arasında sülh prosesini dəstəkləyir

Dünya

29 Oktyabr 2025, 19:40

Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində aparılan sülh prosesinə dəstəyini ifadə edib.

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Yerevanda keçirilən “Avronest” Parlament Assambleyasının 12-ci plenar sessiyasına göndərdiyi müraciətdə bildirilir.

Kallas vurğulayıb ki, 8 avqustda Vaşinqtonda atılan tarixi addım regionu sabitlik və uzunmüddətli sülhə daha da yaxınlaşdırıb:

“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyirik və regionun dayanıqlı sülhə, rifaha və inkişafa doğru irəliləməsinə açıq şəkildə yardım göstəririk.”

Aİ rəsmisinin sözlərinə görə, hazırkı sülh təşəbbüsləri yeni iqtisadi imkanlar açır və regionda əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır:

“Bu proses sərhədlərin açılmasını, transsərhəd əlaqələrin qurulmasını, eləcə də xalqlar arasında etimadın və təmasların güclənməsini vəd edir.”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq