 
                                Türkiyənin Bolu vilayətində, "Kartalkaya" xizək kurortunda yerləşən "Grand Kartal" hotelindəki yanğına görə təqsirləndirilən 32 nəfərdən 11-nə ömürlük həbs cəzası verilib.
Modern.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Cəza verilənlər arasında faciənin baş verdiyi hotelin sahibi də var.
Xatırladaq ki, yanvarın 21-də baş verən yanğında çoxu uşaq olmaqla 78 nəfər ölüb, 130-dan çox insan yaralanıb. Yanğın zamanı hoteldə 238 qonaq olub.