Modern.az

İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olundu

İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olundu

Dünya

31 Oktyabr 2025, 23:53

İstanbul Bələdiyyəsinin daha dörd əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə bələdiyyənin Rəqəmsal Media Koordinatoru Ulaş Yılmaz, eləcə də Ağıllı Şəhərlər İdarəsinin əməkdaşları İsmet Korkmaz, Yusuf Utku Şahin və Baran Gönül həbs ediliblər.

 

Qeyd edək ki, həbs edilən şəxslər “İstanbul Senin” mobil tətbiqi vasitəsilə məlumat sızdırmaqda ittiham olunurlar. İstintaq zamanı 4,7 milyon istifadəçiyə məxsus məlumatların xarici ölkələrə ötürüldüyü, 3,7 milyon istifadəçinin məlumatlarının isə “dark web”də satışa çıxarıldığı müəyyən edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır