Modern.az

Gürcüstanda daha bir qalmaqallı həbs

Gürcüstanda daha bir qalmaqallı həbs

Dünya

1 Noyabr 2025, 18:12

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin sabiq müavini Koba Qabunia barəsində həbs qətimkan tədbiri seçib.

 

Modern.az xəbər verir ki, Qabunia vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

 

İttihama əsasən, o, “Lagi Capital” MMC-yə qanunsuz üstünlük verib və layihə üzrə avans ödəyib. Bildirilir ki, şirkət 2023-cü ildə aldığı avans vəsaitini təyinatı üzrə xərcləməyib və uşaq bağçası tikintisi başa çatmayıb. Nəticədə dövlətə maddi ziyan dəydiyi iddia olunur.

 

Prokuror bildirib ki, Qabunia istintaqla əməkdaşlıq etmir və yalnız həbs onun istintaqa mane olmasının qarşısını ala bilər. Müdafiə tərəfi bu arqumentlə razılaşmayaraq 400 min lari girov təklif edib.

 

Qabunia məhkəmədə bildirib ki, heç vaxt maddi fayda əldə etməyib, layihələrin çoxluğu fonunda bəzi məqamları diqqətdən qaçıra bilib, lakin məqsədyönlü hərəkəti olmayıb.

 

Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə aparılan əməliyyat zamanı Qabunia saxlanılıb. Sabiq nazir İrakli Karseladzenin də adı keçən iş üzrə 20-yə yaxın ünvanda axtarışlar aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu