Modern.az

Erməni məktəblərində Azərbaycan dili tədris ediləcək

Erməni məktəblərində Azərbaycan dili tədris ediləcək

Dünya

1 Noyabr 2025, 18:31

Ermənistanda 2025/2026-cı tədris ilindən etibarən üç məktəbdə Azərbaycan dili fənni tədris olunacaq.

Modern.az xəbər verir ki, bu qərar xarici və regional dillərin inkişafına dair dövlət proqramı çərçivəsində qəbul edilib. Yeni proqramın məqsədi region ölkələrinin dillərinə marağı artırmaq və şagirdlərə əlavə bilik imkanları yaratmaqdır.

Azərbaycan dili kursu könüllü olacaq və yalnız 10–12-ci sinif şagirdləri üçün nəzərdə tutulur. Tədrisin təşkili isə uyğun ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.

Proqramın reallaşdırılması Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır