Modern.az

Suriya lideri Trampla görüşə gedir

Suriya lideri Trampla görüşə gedir

Dünya

1 Noyabr 2025, 22:49

Suriya prezidenti Əhməd əl-Şara Vaşinqtona rəsmi səfər edəcək.

Modern.az xəbər verir ki, ABŞ-ın xüsusi elçisi Tom Barak Bəhreyndə keçirdiyi mətbuat konfransında bu məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, ABŞ Suriyanın İŞİD terror təşkilatı ilə mübarizə üçün koalisiyaya qoşulacağına ümid edir. 

Mətbuatda yayılan məlumatlara görə, əl-Şara noyabrın 10-da Ağ Evdə Trampla görüşəcək.Bu səfərdən sonra ABŞ-ın vasitəçiliyi ilə İsrail və Suriya arasında birbaşa danışıqların beşinci raundu gözlənilir. Nəşr qeyd edir ki, Vaşinqtonun əsas məqsədi bu ilin sonuna qədər iki ölkə arasında təhlükəsizlik razılaşmasına nail olmaqdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu