ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Tom Barak bildirib ki, bu gün Türkiyə, Azərbaycan və Ermənistan inkişaf baxımından eyni istiqamətdə hərəkət edir.
Modern.az xəbər verir ki, o, bu fikri Bəhreyndə keçirilən “Manama Dialoqu–2025” konfransında səsləndirib.
Diplomat qeyd edib ki, ABŞ və Türkiyə Xəzər dənizindən Aralıq dənizinədək uzanan coğrafiyada qüvvələrin yeni bölgüsünə rəhbərlik edir:
“Prezident Donald Tramp dünya "şahmat taxtasında" qüvvələr nisbətini dəyişərək regionda yeni tarazlıq yaradıb”.
Tom Barak, həmçinin vurğulayıb ki, Türkiyənin iştirakı olmasaydı, Qəzza sektorunda atəşkəs əldə etmək mümkün olmazdı:
“ABŞ prezidenti Donald Tramp bir neçə dəfə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana HƏMAS və İsrail arasında sülhün təmininə verdiyi töhfəyə görə təşəkkürünü bildirib”.
O, Türkiyə və İsrail arasında qarşıdurma ehtimalına da toxunaraq deyib:
“Mən düşünürəm ki, belə bir toqquşma baş verməyəcək”.