Modern.az

Bazar günlərini necə keçirirsiniz? – BUNLARI BİLMƏLİSİNİZ

Bazar günlərini necə keçirirsiniz? – BUNLARI BİLMƏLİSİNİZ

Dünya

2 Noyabr 2025, 11:01

Bazar günləri nə edirsiniz? Necə etmək lazımdır ki, bazar günləri fərqli keçsin?

Doğrudur, burada hamı üçün konkret alqoritm yoxdur. Kimə necə xoşdirsa, onu da etməlidir.

Biz bu yazıda sizə dünyanın bir neçə ölkəsində insanların bazar günlərini necə keçirmələrin təqdim edirik.

Kim necə yaşayır, biz bazar gününü necə keçiririk, yazını sonadək oxuyanda biləcəksiniz ki...

 

 

Yenidən insan olmaq günü

 

Fransızlar üçün bazar günü “joie de vivre”, yəni yaşamaq sevincinin günüdür. Səhər uzun “petit déjeuner” krossan və qəhvə ilə başlanır. Günün qalan hissəsi ailəvi nahar, dostlarla söhbət, parkda gəzinti və ya kitabla sakit istirahət üçün ayrılır. İşdən danışmaq “qadağandır”. Onlar üçün bazar günü “yenidən insan olmaq” günüdür.

 

 

Ruh üçün vitamin günü

 

İtaliyada bazar günü “la domenica”, yəni ailə birliyinin simvoludur. Saatlarla davam edən ailəvi nahar, evdə bişmiş makaron, nənənin resepti ilə hazırlanan souslar, uşaqların gülüşü… Bəziləri kilsəyə gedir, bəziləri isə sadəcə ailə bağlarını gücləndirir. İtalyan üçün bazar günü ruh üçün vitamin deməkdir.

 

 

Özünə dönmək və sakit düşünmək günü

 

Yaponiyada bazar günü “wa”, yəni harmoniya günüdür. İş həftəsinin gərginliyindən sonra insanlar parkda gəzir, bambuk bağlarına və məbədlərə baş çəkir. Çoxları “onsen” (isti bulaqlara) gedərək bədən və ruhu təmizləyir. Yaponlar üçün bazar günü özünə dönmək və sakit düşünmək vaxtıdır.

 

 

Öz seçimini etmək günü

 

Amerikalılar bazar gününü fərqli keçirir. Bəziləri idman zallarına, bəziləri isə təbii yürüşlərə gedir. Kilsəyə getmək və ya barbekü partiləri çox yayğındır. Digərləri üçün isə bu, “Netflix və rahatlıq” günüdür. ABŞ-də əsas fikir bazar günü öz seçimini etmək azadlığıdır.

 

 

Dinclik və birlik günü

 

Türklər üçün bazar günü “kahvaltı günü”dür. Böyük masa, zeytun, pendir, çay, bal, yumurta… Günün ikinci yarısında insanlar parkda gəzir, çay içir, ya da alış-veriş mərkəzlərinə üz tutur. Türk mədəniyyətində bazar günü həm dinclik, həm də birlik deməkdir.

 

 

Bərpa günü

 

Almaniyada bazar günü üçün tam sakitlik qanunu var. Səs-küy salmaq, hətta paltar yumaq belə bəzən qadağandır. İnsanlar təbiət yürüşlərinə çıxır, kitab oxuyur və ya velosiped sürür. Bazar günü Almanlar üçün həm fiziki, həm psixolojibaxımdan  “bərpa günü” kimi qeyd edilir.

 

 

Enerji toplamaq günü

 

Braziliyada bazar günü enerji və həyat sevinci ilə dolu olur. Futbol matçları, açıq havada “churrasco” (qril ziyafəti), musiqi və rəqs. Onlar üçün bazar günü dostlarla paylaşmaq və emosional enerji toplamaq üçündür.

 

 

Balanslaşdırma günü

 

Hindistanda bazar günü çox vaxt məbədə getmək, meditasiya, və ailəvi yeməklə keçir. İnsanlar təbii yerlərə üz tutur, sükunət və minnətdarlıq hissi ilə dolur. Hind mədəniyyətində bazar günü “karma”nı balanslaşdırmaq fürsətidir.

 

 

Tək qalma günü

 

Finlər üçün bazar günü sauna və təbiət deməkdir. İnsanlar göl kənarına gedir, ormanda gəzir və ya sadəcə sakit ev şəraitində kitab oxuyur. Finlandiyada bazar günü tək qalmaq və düşünmək bəzən ən dəyərli istirahətdir.

 

 

Emosional balans, ailə bağlarını gücləndirmək günü

 

Rusiyada bazar günü adətən ev rahatlığı ilə bağlanır. Ən çox işlədilən ifadə – “воскресенье-семейный день” (bazar günü ailə günüdür). Ruslar daha çox üstünlüyü gec oyanmaq və uzun səhər yeməyi, çay, piroqlar, blinçiklər (pankeklər) və sakit ailə söhbətləri, kilsəyə getmək, təbiətə çıxmaq, televizor qarşısında film və çay kimi xüsusiyyətlərə verirlər. Onlar üçün bazar günü həm emosional balans, həm də ailə bağlarını gücləndirmək üçün ayrılmış vaxtdır.

 

 

Sağlamlıq günü

 

Çində bazar günü həm ailə, həm sağlamlıq, həm də məhsuldarlığın təməli sayılır. Çin mədəniyyətində (“休息日” (xiūxī rì) – “istirahət günü” sözündə iki fikir birləşir, rahatlıq və enerji toplamaq. Səhər erkən “tai chi” və ya park yürüşü, ailəvi yemək, bazara və ya məbədə getmək, uşaqlarla təhsil və istirahət, “balans tapmaq, həm istirahət, həm də inkişaf ənəndir.

 

 

Dostluq və qonaqpərvərlik günü

 

Azərbaycanda bazar günü ailə, dostluq və qonaqpərvərlik günüdür. Bəziləri səhər uzun yuxudan zövq alır, digərləri rayonlara gəzintiyə çıxır. Ənənəvi olaraq çay süfrəsi, şirniyyat, və ailə söhbətləri bazar gününün ayrılmaz hissəsidir. Son illər isə kitab oxumaq, idman, və özünə zaman ayırmaq meyli də artır.

 

 

Beləliklə, diqqət etdinizsə, hər xalqın bazar günü fərqlidir, amma hamısını birləşdirən bir fikir var.  Bazar günü yenilənmək, ruhu və bədəni bərpa etmək günüdür. Ən ideal bazar günü bəlkə də bunların hamısının qarışığıdır. Səhər yüngül idman və ya təbiət gəzintisi, günorta ailə və dostlarla yemək, axşam isə kitab, musiqi və sakitlik...

Bəs, siz bazar günləri nə edirsiniz?...

Necə edirsiniz edin, çalışın bazar gününüzü xoş keçirin.

 

Sevinc ABBASOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu