Modern.az

62 milyon dollarlıq narkotik ələ keçirildi

62 milyon dollarlıq narkotik ələ keçirildi

Dünya

2 Noyabr 2025, 10:33

İrandan Türkiyəyə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, noyabrın 1-də Ağrı vilayətində yerləşən "Gürbulak" keçid məntəqəsində keçirilən əməliyyat nəticəsində 721 kiloqram maye matafetamin aşkarlanıb.

 

Nazirliyin məlumatına görə, ələ keçirilən narkotik maddənin ümumi dəyəri 2 milyard 612 milyon türk lirəsidir (təxminən 62 milyon 185 min dollar).

 

O da bildirilib ki, 2025-ci ilin əvvəlindən etibarən ümumilikdə dəyəri 96 milyard dollar olan 30 100 kiloqram çəkidə narkotik maddə ələ keçirilərək məhv edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu