Modern.az

ABŞ və Çin hərbi əlaqələri bərpa ediblər

ABŞ və Çin hərbi əlaqələri bərpa ediblər

Dünya

2 Noyabr 2025, 16:38

Vaşinqton və Pekin ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin Cənubi Koreyadakı görüşündən sonra hərbi əlaqə kanallarını bərpa ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset "X" sosial şəbəkə hesabında məlumat verib.

 

Heqset qeyd edib ki, Çinin müdafiə naziri admiral Donq Tszyun ilə danışıqlar müsbət mühitdə keçirilib və tərəflər münaqişələrin qarşısını almaq və yarana biləcək problemləri aradan qaldırmaq üçün əlaqə kanalları yaratmaqda razılığa gəliblər.

 

O həmçinin əlavə edib ki, gələcəkdə iki ölkənin hərbi nümayəndələri arasında əməkdaşlığı daha da gücləndirmək üçün yeni görüşlər planlaşdırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır