Modern.az

II Qaregin seçkilərə qədər istefa verməlidir - Simonyan

II Qaregin seçkilərə qədər istefa verməlidir - Simonyan

Dünya

2 Noyabr 2025, 17:53

2026-cı il parlament seçkilərindən əvvəl Erməni Apostol Kilsəsinin rəhbərliyində dəyişiklik baş verməlidir.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

 

"Xeyr, bunu seçkilərdən əvvəl siyasiləşdirmək olmaz", - deyə o, kilsə rəhbərinin dəyişdirilməsinin təxirə salınma ehtimalı ilə bağlı suala cavab olaraq vurğulayıb.

 

Simonyan bütün ermənilərin katolikosu II Qaregini vaxtında istefa verməyə çağırıb:

 

"O, başa düşməlidir ki, işlərin alternativi olmayan bir nöqtəyə çatmasına imkan verməməlidir. Alternativi olduğu müddətcə bu qərarı özü verə bilər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu