Modern.az

Gürcüstan-Ermənistan sərhədində zəlzələ

Gürcüstan-Ermənistan sərhədində zəlzələ

Dünya

2 Noyabr 2025, 20:52

Noyabrın 2-də axşam saatlarında Gürcüstan-Ermənistan sərhədindən 4 kilometr məsafədə zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

 

Zəlzələ Marneuli şəhərində güclü, paytaxt Tbilisidə isə bir qədər zəif hiss olunub.

 

Mərkəzin yaydığı məlumata görə, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 19:50-də 4,4 maqnitudada qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu