Modern.az

Əfqanıstanda güclü zəlzələ - Ölən və yaralananlar var

Əfqanıstanda güclü zəlzələ - Ölən və yaralananlar var

Dünya

3 Noyabr 2025, 07:17

Bazar ertəsi erkən saatlarda Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhəri yaxınlığında baş verən 6.3 maqnitudalı zəlzələ zamanı ən azı yeddi nəfər həlak olub, təxminən, 150 nəfər yaralanıb.

Modern.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

"Bu səhərə qədər yeddi nəfər həlak olub, yaralanan 150 nəfər tibb mərkəzlərinə köçürülüb," - Məzari-Şərif yaxınlığında yerləşən Samangan əyalətinin səhiyyə departamentinin sözçüsü Samim Coyanda bildirib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ təxminən 523 000 əhalisi olan Məzari-Şərif yaxınlığında 28 km dərinlikdə baş verib. Zəlzələ qonşu Özbəkistanda da hiss olunub.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu