Modern.az

İsmayıl Haniyyəni kim öldürüb? - YENİ FAKTLAR

İsmayıl Haniyyəni kim öldürüb? - YENİ FAKTLAR

Dünya

3 Noyabr 2025, 12:58

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) HƏMAS-ın keçmiş lideri İsmayıl Haniyyənin ötən il Tehranda qətlə yetirilməsində daxili xəyanət versiyasını təkzib edib.

Modern.az-ın məlumatına görə, SEPAH nümayəndəsi Əli Məhəmməd Naini İran mediasına bildirib ki, Haniyyənin ölümünə səbəb yatağının altına yerləşdirilən partlayıcı deyil, raket hücumu olub.

Onun sözlərinə görə, Haniyyə telefon danışığı zamanı hədəfə alınıb və məhz mobil siqnalı onun yerini müəyyənləşdirməyə imkan verib.

Naini əlavə edib ki, hadisə SEPAH-a məxsus qonaq evində baş versə də, bu, təşkilatın nüfuzuna zərbə vurmaq məqsədi daşıyırmış:

“Haniyyə Qətərdə də, Tehranın küçələrində də öldürülə bilərdi, lakin məhz SEPAH qonaq evində baş verməsi təsadüfi deyildi, məqsəd qurumun imicini zədələmək idi.”

Xatırladaq ki, HƏMAS-ın keçmiş siyasi lideri İsmayıl Haniyyə 2024-cü il iyulun 31-də Tehranda sui-qəsd nəticəsində həlak olub. İran rəsmiləri hadisəni “terror aktı” adlandırıb, məsuliyyətin İsrail kəşfiyyatına aid ola biləcəyini istisna etməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!