Modern.az

Ermənistanda ata 3 yaşlı oğlunu öldürdü - SƏBƏB

Ermənistanda ata 3 yaşlı oğlunu öldürdü - SƏBƏB

Dünya

3 Noyabr 2025, 14:14

“İlkin məlumata görə, üç yaşlı Tiqran atası tərəfindən öldürülüb; o, boğularaq ölüb”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan 3 noyabrda parlamentdə jurnalistlərlə söhbətində bildirib.

"Bu mərhələdə əlavə təfərrüatlar açıqlamaqdan çəkinəcəyəm, amma vurğulamaq istəyirəm ki, bu nəzəriyyə, digərləri ilə yanaşı, ilk gündən araşdırmamız altındadır.

Uşağın atası hadisənin konkret ailə məsələsi kontekstində baş verdiyini qeyd edib. Vəziyyətin ayıq qiymətləndirilməsini xahiş edirəm. Hazırda əlavə məlumat verə bilmərəm", - Sarkisyan bildirib.

O əlavə edib ki, ətraf ərazidə axtarış-xilasetmə əməliyyatları aparılarkən, ilkin ifadələrə görə, uşağın atası oğlanın cəsədini bir yerdən başqa yerə köçürüb.

Hazırda Tsapataxda ölü tapılan üç yaşlı Tiqranın evində istintaq hərəkətləri davam edir.

Cinayət işinin ilkin istintaqı zamanı cəsədin xarici müayinəsi aparılıb. Cinayət Axtarış İdarəsindən verilən məlumata görə, cəsəddə və baş nahiyəsində bədən xəsarətləri aşkar edilib.

"Bir nəfərə qarşı Cinayət Məcəlləsinin 155-ci maddəsinin 2-ci hissəsinin 3, 5 və 9-cu bəndləri (qətl) ilə ictimai cinayət işi başlanıb. O həbs edilib."

Həbs olunan şəxs 3 yaşlı Tiqranın atasıdır. O, uşağı özü öldürdüyünü bildirib. Səbəblər barədə danışarkən o qeyd edib: "Düşünürəm ki, bu, mənim uşağım deyil."

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!