Modern.az

İran üç Fransa vətəndaşını azad etdi

İran üç Fransa vətəndaşını azad etdi

Dünya

5 Noyabr 2025, 09:42

İranın Evin həbsxanasında həbsdə olan üç Fransa vətəndaşı azad edilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun bildirib.

Üç ildir İranda saxlanılan Sesil Koler və Jak Paris azadlığa buraxıldıqdan sonra Tehrandakı Fransa səfirliyinə gediblər.

"Bu ilk addımı alqışlayıram. Onların Fransaya tez bir zamanda qayıtması üçün dialoq davam edir. Buna nail olmaq üçün yorulmadan çalışırıq, səfirliyimizə və bütün dövlət qurumlarına təşəkkür etmək istəyirəm", - deyə Fransa Prezidenti əlavə etdi.

İran Xarici İşlər Nazirliyi təhlükəsizliklə bağlı ittihamlarla həbsdə olan iki Fransa vətəndaşının məhkəmə prosesləri davam edənə qədər girov müqabilində azadlığa buraxıldığını təsdiqləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai İranda əvvəllər təhlükəsizliklə bağlı ittihamlarla həbsdə olan iki Fransa vətəndaşının şərti olaraq azadlığa buraxıldığını açıqlayıb.

O əlavə edib ki, hər iki şəxs məhkəmə baxışının növbəti mərhələsinə qədər nəzarət altında qalacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
İcra başçıları nəzarətdə - Ölkə üzrə geniş əməliyyat başlayır