Modern.az

Trampdan sonra Putin görüşəcək - Saziş İMZALANACAQ

Trampdan sonra Putin görüşəcək - Saziş İMZALANACAQ

Dünya

11 Noyabr 2025, 09:35

Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin Rusiyaya səfəri gözlənilir.

Modern.az xəbər verir ki, o, səfər öncə "Rossiyskaya Qazeta"da məqalə yazıb.

Məqalədə bildirilir ki, Tokayev və Putin Moskvada Hərtərəfli Strateji Müttəfiqlik haqqında Bəyannamə imzalayacaqlar.

Qeyd olunub ki, Moskva ilə Astana arasındakı tərəfdaşlıq Avrasiyada təhlükəsizlik sisteminin qurulması üçün təmələ çevrilib.

"Qazaxıstanda Putinə "qlobal fiqur" kimi hörmət edilir. ABŞ, Çin və digər ölkələr Rusiyanın və onun liderinin beynəlxalq münasibətlərdəki ciddi problemlərin həllində geosiyasi rolunu tanıyırlar", - deyə Tokayev məqaləsində bildirib.

Qeyd edək ki, səfər noyabrın 11-12-də baş tutacaq. Tokayev ötən həftə Amerikada olub və ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşdə çoxmilyardlıq müqavilələr imzalanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı