Modern.az

Pakistanda dəhşətli partlayış - 12 nəfər öldü

Pakistanda dəhşətli partlayış - 12 nəfər öldü

Dünya

11 Noyabr 2025, 13:26

Pakistanın paytaxtı İslamabadda məhkəmə binasının qarşısında partlayış baş verib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi polis rəsmisinə istinadla yayıb.

Hadisə nəticəsində 12 nəfərin həlak olduğu bildirilir. 

Polis sözçüsü bildirib ki, yaralananlardan bir neçəsinin vəziyyəti ağırdır:

“Biz partlayışın növünü araşdırırıq. Hələlik hadisənin mənbəyi dəqiqləşdirilməyib. Ətraflı məlumatı yalnız kriminal laboratoriyanın hesabatından sonra təqdim edə biləcəyik”, - açıqlamada qeyd olunub.

Hadisə İslamabadın rayon məhkəməsinin giriş hissəsində, çoxsaylı vətəndaşların toplandığı ərazidə baş verib.

Polis və təcili yardım xidməti əməkdaşları hadisə yerinə cəlb olunub, ərazi təhlükəsizlik məqsədilə tam mühasirəyə alınıb.

Hazırda hadisə ilə bağlı araşdırma davam edir. Rəsmilər ilkin mərhələdə terror ehtimalını da istisna etmirlər.

Sizə yeni x var
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı