Modern.az

Pakistan 12 nəfərin ölümünə görə Hindistanı suçladı

Pakistan 12 nəfərin ölümünə görə Hindistanı suçladı

Dünya

11 Noyabr 2025, 18:16

Pakistan Baş naziri Şahbaz Şərif bu gün İslamabadda baş verən partlayışa görə Hindistanı günahlandırıb.

 

Modern.az xəbər verir ki, Şahbaz Şərif həm partlayış, həm də Pakistan-Əfqanıstan sərhədində yerləşən hərbi məktəbə hücumda Hindistanı ittiham edib və bu iki hadisənin Hindistanın dövlət terrorizminin bariz nümunəsi olduğunu bəyan edib.

“Biz terrorizm bəlası məhv olana qədər onlara (Hindistana) qarşı müharibəni davam etdirəcəyik”, Pakistanın Baş naziri vurğulayıb.

Qeyd edək ki, bu gün Pakistanın paytaxtı İslamabadda məhkəmə yaxınlığında partlayış baş verib.

Nəticədə 12 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi