Modern.az

Moskva Budapeşti seçdi

Moskva Budapeşti seçdi

Dünya

11 Noyabr 2025, 18:51

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüş üçün Budapeşt ən münasib məkan kimi nəzərdən keçirilir.

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir bu barədə Rusiya mətbuatına müsahibəsində danışıb. Onun sözlərinə görə, sammitin keçirilməsi Vaşinqtonun təşəbbüsü bərpa etməsindən və hazırlığa hazır olmasından asılı olacaq:

“Əgər ABŞ tərəfi təşəbbüsü davam etdirmək və sammitə hazırlığa başlamaq istəsə, Budapeşt bu görüş üçün ən optimal variant olacaq”, - Lavrov bildirib.

O, həmçinin Rusiya tərəfindən danışıqların pozulması barədə iddiaları təkzib edib:

“Moskva danışıqların dayandırılmasına səbəb olmayıb, biz sadəcə Vaşinqtonun addım atmasını gözləyirdik, lakin belə bir təşəbbüs olmadı", – deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Lavrov müsahibəsində əlavə edib ki, Rusiya Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (DSNV) müddətinin bir il uzadılmasını təklif edir. Nazir bu addımın “nüvə müharibəsinə yol verilməməsi yönündə böyük dövlətlərin məsuliyyətinin göstəricisi” olduğunu qeyd edib.

Bununla yanaşı, Lavrov xəbərdarlıq edib ki, əgər hər hansı nüvə dövləti nüvə sınaqlarına başlasa, Rusiya da eyni şəkildə cavab verəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı