Modern.az

“Akıncı”lar Gürcüstana getdi

“Akıncı”lar Gürcüstana getdi

Dünya

11 Noyabr 2025, 22:01

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-1302 təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğradığı Sqinaxi bölgəsinə gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə nazir özünü “X” sosial platforma hesabında yazıb.

 

Nazir təyyarənin qəzaya uğradığı ərazidə aparılan axtarış-xilasetmə əməliyyatları ilə maraqlanıb.

 

Türkiyə tərəfi, həmçinin hərbi yük təyyarəsinin qəzaya uğradığı əraziyə axtarış-xilasetmə qrupu və pilotsuz uçan aparatlar göndərib.

 

Məlumata görə, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) axtarış-xilasetmə qrupu da Gürcüstana yollanıb.

 

Qeyd olunur ki, təyyarə dağlıq əraziyə düşdüyündən xüsusi tipli xilasedicilər qrupu Gürcüstana yola düşüb.

 

Türkiyənin axtarış-xilasetmə işlərinə kömək etmək üçün “Akıncı” pilotsuz uçan aparatlarını işə saldığı, onların bir neçə saat ərzində axtarışlara qoşulacağı da qeyd edilir.

Sizə yeni x var
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı