Modern.az

Həlledici an yaxınlaşır - Ukrayna təslim ola bilər

Həlledici an yaxınlaşır - Ukrayna təslim ola bilər

Dünya

11 Noyabr 2025, 23:13

Rusiya Ukraynanın yeni ərazilərinə nəzarəti genişləndirmək niyyətindən əl çəkməyib və Donbasdan sonra növbəti hədəfi Xarkov ola bilər.

Modern.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu "Foreign Affairs" nəşri yazır.

Məqalədə qeyd olunur ki, Rusiya ordusu hələ 2024-cü ilin noyabrında Pokrovsk şəhərini ələ keçirməyə çalışsa da, Ukrayna qüvvələrinin müqaviməti nəticəsində plan uğursuz olub. Hazırda Moskva “plan cədvəlindən bir il geridə qalmasına” baxmayaraq, döyüşlər davam edir və rus dronları Ukrayna ordusunun logistik imkanlarını çətinləşdirir.

Nəşr bildirir ki, Pokrovsk döyüşü genişmiqyaslı hücumun yalnız bir hissəsidir. Rusiya qoşunları Ukrayna mövqelərini əhatəyə almağa çalışır, Dnepr boyunca irəliləmə isə Zaporojye şəhərinə birbaşa təhlükə yaradır.

Ekspertlərin fikrincə, əgər Rusiya Donbasda uğur qazansa, növbəti mərhələdə Xarkovu hədəf seçəcək. Bu şəhərin ələ keçirilməsi Moskvanın Ukraynanın şərq hissəsinə tam nəzarət planlarını gücləndirəcək.

Nəşr yazır ki, son doqquz ayın “faciəvi ironiyası” ondan ibarətdir ki, beynəlxalq səviyyədə atəşkəs və danışıqlar barədə müzakirələr gedərkən, Rusiya döyüşlərin intensivliyini artırıb: “Kreml həm cəbhədə, həm də şəhərlərə zərbələrlə Ukraynanın müqavimət ruhunu qırmağa çalışır.”

Nə Rusiya, nə də Ukrayna hələ sülhə hazır deyil. ABŞ-ın diplomatik səylərinə baxmayaraq, Putin “maksimalist tələblərindən” geri çəkilməyib və müharibəni yalnız Ukraynanın suverenliyi bahasına dayandırmağa hazırdır.

Nəşr iddia edir ki, Rusiya üç mərhələli plan üzrə hərəkət edir. Əvvəlcə işğal etdiyi əraziləri möhkəmləndirib yeni bölgələri, o cümlədən Xarkov, Nikolayev və Odessa vilayətlərini ələ keçirmək istəyir. Daha sonra Ukraynaya atəşkəsi qəbul etdirməyə və iqtisadi təzyiq, siyasi qarışıqlıq yolu ilə Kiyevdə nəzarət yaratmağa çalışacaq. Uzunmüddətli perspektivdə isə Ukraynanı Rusiyadan asılı dövlətə çevirmək.

Ekspertlər xəbərdarlıq edir ki, qarşıdakı qış Ukrayna üçün həlledici ola bilər: “Rusiya indiyədək görünməmiş miqdarda raket istehsal edir, Ukraynanın enerji sistemi isə artıq ölkənin bütün ərazilərini işıqla təmin edə bilmir. Əgər Rusiya bu üstünlüyü artırsa, 2026-cı ildə Ukraynanı itaətə məcbur etməyə cəhd göstərə bilər.”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı