Modern.az

Trampdan sonra Putinlə görüşdü

Trampdan sonra Putinlə görüşdü

Dünya

12 Noyabr 2025, 00:11

Rusiya prezidenti Vladimir Putin Kremldə Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə danışıqlar aparıb.

Modern.az xəbər verir ki, görüş qeyri-rəsmi naharda davam edəcək.

Bundan əvvəl Astana və Moskvanın münasibətlərini hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqliyə yüksəldən bəyannamə imzalayacağı bildirilib. “Sənəd ikitərəfli münasibətlərdə görünməmiş səviyyəli qarşılıqlı etimadı və bütün sahələrdə daha sıx əməkdaşlığa müştərək öhdəliyi təsdiqləyən yeni eranı açacaq”, - Tokayev bildirib.

Tokayev noyabrın 11-i axşam Moskvaya gəlib. Rəsmi proqram noyabrın 12-də başlayacaq, prezidentlər 21-ci Rusiya-Qazaxıstan Əməkdaşlıq Forumunun plenar iclasında videokonfrans vasitəsilə iştirak edəcək, mediada bəyanatlar verəcək və sənədlər imzalayacaqlar.

Qazaxıstan lideri ötən həftə Amerikada olub və ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşdə çoxmilyardlıq müqavilələr imzalanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı