Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin Tbilisidəki mənzili müsadirə edilib.
Modern.az xəbər verir ki, bu barədə “TV Pirveli” kanalı məlumat yayıb.
Bildirilib ki, Qaribaşvili bir milyon lari məbləğində girovu ödəmək əvəzinə daşınmaz əmlakından istifadə edib.
Onun vəkili informasiyanı telekanala təsdiqləyib.
Qeyd edək ki, Qaribaşvili külli miqdarda gəlir əldə etmək məqsədilə xüsusilə külli miqdarda gəlirin leqallaşdırılmasında ittiham olunur. Tbilisi Şəhər Məhkəməsi oktyabrın 24-də onun barəsində bir milyon lari məbləğində girov qətimkan tədbiri seçib. Girovun ödənilməsi üçün 30 günlük müddət müəyyən edilib.
Xatırladaq ki, Qaribaşvili Gürcüstanın Baş naziri vəzifəsini 2013-2015 və 2021-2024-cü illərdə tutub. O, 2024-cü ilin fevralın 1-də hakim “Gürcü Arzusu” partiyasının sədri seçilib, bu ilin aprelin 25-də vəzifəsini tərk edərək siyasətdən getdiyini bildirib.