Modern.az

Estoniya Ukraynaya 3,5 milyon avro ayırdı

Estoniya Ukraynaya 3,5 milyon avro ayırdı

Dünya

15 Noyabr 2025, 13:25

Estoniya İT koalisiyası çərçivəsində "Starlink" rabitə sistemlərinin alınması üçün Ukraynaya 3,5 milyon avro ayırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Estoniya müdafiə naziri Hanno Pevkur bildirib.

Onun sözlərinə görə, Ukrayna özü "Starlink" rabitəsinin təmin edilməsi üçün dəstəyə ehtiyac olduğu barədə məlumat verib:

“Bu onlar üçün vacib yardımdır və döyüş meydanında nəzərəçarpacaq təsirə malikdir. "Starlink"in imkanları Ukraynanın yüksək performanslı internet bağlantısı tələb edən dronların sayını əhəmiyyətli dərəcədə artıracaq”.

 

Cavid Zahidoğlu

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ