Modern.az

Çilidə prezident və parlament seçkiləri

Çilidə prezident və parlament seçkiləri

Dünya

16 Noyabr 2025, 09:09

Çilidə prezident və parlament seçkiləri keçiriləcək.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırkı dövlət başçısı Qabriel Borik konstitusiyaya əsasən, ardıcıl ikinci müddətə namizəd ola bilməz.

 

Ali dövlət vəzifəsi uğrunda səkkiz namizəd mübarizə aparacaq. İctimai rəy sorğularının nəticələrinə görə, əsas mübarizə beş siyasətçi arasında gedəcək: hakim mərkəz-solçu "Çili üçün birlik" koalisiyasını təmsil edən Janett Xara, mühafizəkar Respublika Partiyasından Xose Antonio Kast, mərkəz-sağçı "Çili, irəli!" koalisiyasının namizədi Evelina Matteyi, Milli-Libertar Partiyasından Yohannes Kayzer və mərkəz-sağçı Xalq Partiyasından Franko Parisi.

 

Prezidentlə yanaşı, çilililər 23 senator və 155 deputat da seçəcəklər.

Sizə yeni x var
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!